İsrailə hücum edilərsə, ABŞ onu müdafiə edəcək.
Medianews.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib.
O qeyd edib ki, Vaşinqton regionda gərginliyi azaltmaq üçün addımlar atır.
Biz həmişə İsraili terrordan qoruyacağıq. Biz İsraili hücumlara qarşı müdafiə edəcəyik və bölgədəki bütün tərəfləri gərginliyi azaltmaq üçün mümkün addımlar atmağa çağırırıq”, – o deyib.
Diplomat əlavə edib ki, ABŞ Yaxın Şərqdə öz şəxsi heyətini və maraqlarını qorumaq üçün bütün tədbirləri görəcək:“Biz regionda maraqlarımızı qoruyacağıq və şəxsi heyətimizi təhdid edənləri cavablandıracağıq”.
Ayşən