İsrail sui-qəsddən dərhal sonra Haniyəni öldürdüyünü etiraf edib.
Medianews.az xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.
“HƏMAS lideri Haniyənin öldürülməsindən dərhal sonra İsrail təcili ABŞ-yə zəng edərək sui-qəsdin arxasında olduqlarını bildirib. ABŞ prezidenti Bayden buna çox qəzəblənib. Qətlin atəşkəs istiqamətində davam edən danışıqları alt-üst edəcəyini söyləyib”,- deyə nəşr Ağ Evdəki mənbələrə istinadla yazır.
Qəzet həmçinin Bayden və Netanyahu arasında telefon danışığının kifayət qədər gərgin keçdiyini qeyd edib.
Nailə QASIMOVA