“Yəhya Sinvarın təyinatı fələstinlilər və HƏMAS-ın hansı yolu seçdiyini göstərdi. Bu seçim o deməkdir ki, sionist rejimin gələcəyə heç bir ümidi olmamalıdır”.
Medianews.az xəbər verir ki, bu barədə İran ordusunun baş komandanı, general-leytenant Əbdülrəhim Musəvi deyib.
O qeyd edib ki, Yəhya Sinvarın HƏMAS Hərəkatına rəhbər seçilməsi fələstinlilərin İsraili gələcəyindən məhrum edən yolu seçməsi deməkdir.
“Tehranda HƏMAS-ın mərhum lideri İsmayıl Haniyənin qətli də daxil olmaqla bütün cinayətlər cavabsız qalmayacaq. Qəti və sərt cavab alacaqlar”.
Musəvi Sinvarı “Fələstinin azadlığı uğrunda ən böyük döyüşçülərdən biri” adlandırıb.
Ayşən