“Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycan tərəfi ilə qarşılıqlı razılaşma əsasında sülh müqaviləsi layihəsindən regional kommunikasiyalar maddəsinin çıxarıldığını təsdiqləyib”.
Medianews.az oxu.az-a istinadən xəbər verir ki, bunu açıqlamasında Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan bildirib.
Bundan əvvəl Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bildirmişdi ki, tərəflər nəqliyyat marşrutları, o cümlədən Azərbaycanı Naxçıvanla birləşdirən marşrutlar məsələsini sonrakı mərhələdə – sülh müqaviləsi imzalandıqdan sonra həll etmək barədə razılığa gəliblər.