HƏMAS-ın siyasi bürosunun yeni rəhbəri Yəhya Sinvar seçilib.
Medianews.az bu barədə qrupun rəsmi nümayəndəsi məlumat verib.
“Yəhya Sinvar Tehranda öldürülən İsmayıl Haniyənin yerinə HƏMAS-ın siyasi bürosunun rəhbəri seçilib”, – rəsmi məlumatda deyilir.
Qeyd edək ki, bundan əvvəl İran prezidenti Məsud Pezeşkian HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin ölümünə görə İsrailin cavab zərbəsi alacağını açıqlamışdı.
Rusiya prezidenti Vladimir Putin İranın ali dini lideri Ayətullah Əli Xameneidən İsrailə planlaşdırılan hücum çərçivəsində mülki əhali arasında itkilərin qarşısını almağı xahiş edib.
Ayşən