Türkiyədə məhkum həbsdən qaçaraq ailə faciəsi törədib.
Medianews.az xəbər verir ki, hadisə ilə bağlı Türkiyə mediası məlumat yayıb.
Ferhat Dağdan həbsdən qaçaraq 55 yaşlı keçmiş qayınanası ilə 20 yaşlı qaynını güllələyib.
Konyanın Ilqın bölgəsində baş vermiş hadisənin hansı səbəbdən qaynaqlandığı hələlik məlum deyil.
Qətli törədən şəxs hüquq mühafizə orqanları tərəfindən saxlanılıb. Barəsində istintaq başlayıb.
Nailə QASIMOVA