Fələstin sülh konfransı çərçivəsində İsraillə yekun statusu müzakirə etməyə hazırdır.
Medianews.az xəbər verir ki, bu barədə Fələstin prezidenti Mahmud Abbas bildirib.
“Fələstin Dövləti siyasi baxışı formalaşdırıb və altı ərəb dövləti qrupu tərəfindən təsdiqlənən və ABŞ, Avropa İttifaqı və BMT Təhlükəsizlik Şurasının üzvlərinin müzakirəsinə təqdim edilən “yol xəritəsi” hazırlayıb. Bu, İsrailin Qəzza zolağında mövcudluğunu dayandırmağı planlaşdıran hərtərəfli siyasi qərara əsaslanır”, – deyə o qeyd edib.
Abbas vurğulayıb ki, təqdim olunan qərar müəyyən qrafikə uyğun olaraq beynəlxalq sülh konfransı çərçivəsində İsrail tərəfi ilə yekun statusla bağlı danışıqlara başlamaq və regional təhlükəsizlik mexanizminin işlənib hazırlanmasını nəzərdə tutur.
Ayşən