İzmirin Karşıyaka qəsəbəsində qan donduran hadisə baş verib.
Belə ki, balıqçı sığınacağında olan qayıqlardan birinin dondurucusunda qadın cəsədi aşkar edilib.
Medianews.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Məlum olub ki, cəsəddən qoxu gəlməməsi üçün qətli törətməkdə şübhəli bilinən şəxs Şenol A. qayığa buz torbaları daşıyıb.
Araşdırma nəticəsində cəsədin 26 yaşlı Hilmiye Tuğba Esginə məxsus olduğu müəyyən edilib.
Qətlin hansı səbəbdən baş verməsi hələlik bəlli deyil. İstintaq davam edir.
Nailə QASIMOVA