ABŞ hökuməti insanları süni intellekt vasitəsilə rəqəmsal surətdə “kopyalanmaq”dan qorumaq məqsədi daşıyan yeni qanun layihəsini açıqlayıb.
Medianews.az ntv.com.tr-yə istinadən xəbər verir ki, “Orijinalları bəslə, İncəsənəti dəstəklə və Əyləncəni Təhlükəsiz Tut” (Nurture Originals, Foster Art and Keep Entertainment Safe) mənasını verən “NO FAKES” (Saxtaya yox) qanunu bir fotoşəkil və ya səs yazısından istifadə edərək real dərin saxta (deepfake) məzmun yarada bilən süni intellekt alətləri ilə mübarizə aparmaq üçün qəbul olunub.
Bu həftə parlamentə təqdim edilən qanun layihəsi, insan sağ ikən və ölümündən sonra 70 il ərzində onun razılığı olmadan rəqəmsal çoxalmanın qarşısını alacaq.
Qanun qəbul olunarsa, “NO FAKES” qeyri-rəsmi rəqəmsal nüsxələrin hazırlanmasına görə şəxsləri və ya şirkətləri məsuliyyətə cəlb edəcək.
“Instagram” və “X” kimi sosial media platformaları da icazəsiz dərin saxtakarlıqların yerləşdirilməsinə görə məsuliyyət daşıyacaq.
Nailə QASIMOVA