Türkiyədə gəzintiyə çıxan Hüseyn Karabey Bodurun üç nəvəsi sərinləmək üçün gölə girərkən boğulma təhlükəsi ilə üzləşib.
Medianews.az hüriyyet.com-a istinadən xəbər verir ki, Hüseyn suda çırpınan nəvələrini xilas edərək sahilə çıxara bilsə də, özü qəfil gözdən itib.
Giresunda baş verən hadisə yerinə polis və xilasedicilər cəlb olunub.
Dalğıclar Hüseynin cansız bədəni suyun dibində tapıblar.
Babaları tərəfindən xilas edilən üç uşaq təcili yardımın müdaxiləsindən sonra xəstəxanaya aparılıb.
Uşaqların xəsarətlərinin həyati təhlükəsinin olmadığı bildirilib.
Nailə QASIMOVA