Rusiya qüvvələri Rusiya Müdafiə Nazirliyinin İnnovativ İnkişaf Baş İdarəsinin rəis müavini, general-mayor Vladimir Şesterovu korrupsiya işi çərçivəsində həbs edib.
Medianews.az xəbər verir ki, bu barədə İstintaq Komitəsi məlumat yayıb.
Zabit “Patriot” parkının və konfrans-sərgi mərkəzinin fəaliyyəti üçün ayrılan büdcə vəsaitini mənimsəməkdə ittiham olunur.
Faktla bağlı Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi olan “Dələduzluq” maddəsi ilə iş başlanıb. Hazırda generalın həbsi ilə bağlı məsələ həll edilir. Onunla birlikdə “Patriot” parkının direktoru Vyaçeslav Əhmədov saxlanılıb və o, istintaq təcridxanasına aparılıb. Landşaft kompleksinin bir neçə əməkdaşı da dindirilmək üçün gətirilib. İyul ayında Patriot dövlət satınalmaları ilə bağlı soyğunçuluqda təhqiq edildi. Park apreldə çoxmilyardlıq rüşvət işi ilə bağlı həbs edilən keçmiş müdafiə naziri Sergey Şoyqunun müavini Timur İvanovun rəhbərliyi altında salınıb.
Qeyd edək ki, Şesterov aprelin sonundan bəri həbs edilən altıncı general oldu.