Avropa İttifaqı Venesuelada keçirilən son prezident seçkilərində Nikolas Maduronun yenidən seçilməsini tanıya bilməz, çünki ölkənin seçki qurumu hələlik rəsmi səsvermə məlumatlarını təqdim etməyib.
Medianews.az xəbər verir ki, bu barədə Aİ Şurasının bəyanatında deyilir.
Brüssel qeyd edir ki, Aİ Venesueladakı hadisələri böyük narahatlıqla izləməkdə davam edir.
“Beynəlxalq seçki müşahidə missiyalarının hesabatlarında 28 iyul prezident seçkilərinin beynəlxalq seçki bütövlüyü standartlarına cavab vermədiyi açıq-aydın göstərilir”, – dərc olunan qərarda deyilir.
Aİ Şurasının nəşrində qeyd edildiyi kimi, öhdəliklərinə baxmayaraq, “Venesuela Milli Seçki Şurası (CNE) hələ də seçki məntəqələrinin rəsmi səsvermə qeydlərini dərc etməyib.
“Dəstəkləyici sübutlar olmadan, CNE-nin avqustun 2-də dərc etdiyi nəticələr tanınmaz”, – Aİ vurğulayır.
Ayşən