ABŞ prezidenti Co Bayden əsas siyasi rəqibi Donald Trampla yeni debatlardan imtina etmir.
Medianews.az xəbər verir ki, prezident bu barədə NBC-yə müsahibəsində bildirib.
“Bizim daha çox debatlarımız olacaq”,- o deyib.
Sentyabr ayına planlaşdırılan debatlardan əvvəl başqa bir debat raundunun ola biləcəyi ilə bağlı suala Bayden belə cavab verib: “Razılaşdığımız zaman onunla debat edəcəyəm. O və mən onları sentyabrda keçirməyə razılaşdıq”.
Ayşən