“Mən indi ölmüş olmalıydım”.
Medianews.az xəbər verir ki, bunu ABŞ-nin sabiq prezidenti Donald Tramp “New York Post”a müsahibəsində deyib.
Tramp ona qarşı sui-qəsd cəhdi haqda danışıb.
“Qanunsuz miqrantlarla bağlı məlumatları oxumaq, monitoru görmək üçün başımı bir az sağa çevirməsəydim vəziyyət daha faciəli bitə bilərdi. Mənə AR-15 silahından atəş açılıb. Xəstəxananın həkimi heç vaxt belə bir şey görmədiyini dedi, bunu möcüzə adlandırdı… Mən burada olmamalıydım, indi ölmüş olmalıydım”, – o deyib.
Onun sözlərinə görə, potensial ölümcül güllə yalnız qulağına dəyib, bundan sonra qan onun alnına və yanağına sıçrayıb.
Hücumçunu bir güllə ilə məhv edən Məxfi Xidmət fantastik iş gördü. Onu alnının düz ortasından bir atəşlə öldürdülər”.
Nəşr yazır ki, ABŞ prezidentliyinə namizəd həm də sağ qolunda böyük qançır olduğunu göstərmək üçün ağ uzunqol köynəyinin düymələrini açıb: “Görünür agentlər onu yerə yıxdıqdan sonra əziyyət çəkib”.
Xatırladaq ki, Tramp 13 iyulda Pensilvaniyada seçki mitinqi zamanı çıxış edərkən sui-qəsd cəhdinə məruz qalıb. Ona atılan güllə qulağını zədələyib.
Ayşən