Cümə, 21 İyun 2024

10 it küçə ortasında yaşlı adama hücum etdi – FOTO/VİDEO

Türkiyənin Kocaeli bölgəsində 10 sahibsiz it küçə ortasında yaşlı adama hücum edib.

BAKU.WS xəbər verir ki, qorxan və həyəcanlanan adam anidən müvazinətini itrib və yerə yıxılıb.

Həmin anlar ətrafdakılar tərəfindən anbaan lentə alınıb.

Orada olan vətəndaşlardan biri Sedat Uludağ həmin ərazidə çoxlu it olduğunu və onların sakinlərə hücum etdiyini bildirib

“Bu ərzaidə çoxlu itlər var. Heyvanlar sevdiyimiz varlıqlardır, lakin onlar nəzarətdə saxlanılmalıdır. Əvvəl insan canı diqqətə alınmalıdır. Heyvanların daha azad və ac qalmayacaqları yerlər yaratmaq lazımdır. Hökumət və bələdiyyələr birlikdə bu problemi həll etməlidirlər.

Bu sevimli heyvanları hər zaman sevimli görməyəcəyik. Müəyyən vaxtlarda onlar hücum edə bilərlər. Heyvanlara zərər vermədən, onları düşünərək ehtiyat tədbirləri görülməlidir. Bura uşaqların oyun və gəzinti sahəsidir. Yürüş zamanı qaçanlara da itlər hücum edir. Dünən də itlər bir vətəndaşa hücum etdi. Bu cür hücumlar tez-tez baş verir və davam edir”.

DAHA ÇOX OXU

Xəbər lenti