Bakıda özəl klinikanın həkiminə 14 bıçaq zərbəsi vuran şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Medianews.az-a verilən məlumata görə, əməli törətməkdə şübhəli bilinən 1973-cü il təvəllüdlü A.Balabəyovanın həyat yoldaşı 1970-ci il təvəllüdlü Fikrət Balabəyov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, hadisə ailə münaqişəsi zəminində baş verib. Yaralı ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Onun vəziyyəti ağır olaraq qiymətləndirilir.
Xatırladaq ki, A.Balabəyova Bakıxanov qəsəbəsində yerləşən özəl klinikaların birində həkim işləyir.
08:27
Bakının Suraxanı rayonunda ailə məişət zəminində dava zamanı qadın bıçaqlanıb.
Medianews.az APA-ya istinadla xəbər verir ki, hadisə Əmircan qəsəbəsində qeydə alınıb.
Belə ki, 1973-cü il təvəllüdlü Arzu Bəxtiyar qızı Balabəyova əri ilə mübahisə zamanı bıçaqlanıb. Ona əri ümumilikdə 14 bıçaq zərbəsi vurub.
Yaralı ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Onun vəziyyəti ağır olaraq qiymətləndirilir.
Faktla bağlı Suraxanı Rayon 33-cü Polis Bölməsində araşdırma aparılır.
Qeyd edək ki, A.Balabəyova Bakıxanov qəsəbəsində yerləşən özəl klinikaların birində həkim işləyir.