Xalq artisti Aygün Kazımovanın qızı İlqarə Kazımova sosial şəbəkədə yeni paylaşm edib.
Medianews.az xəbər verir ki, o instaqram izləyiciləri ilə yeni çəkilən fotolarını bölüşüb.
Sosial şəbəkə istifadəçiləri Kazımovanın ünvanına xoş sözlər söyləyiblər. Onlar “Efirlərdə az görünsə də, özünü mədəni aparır. Bəziləri kimi atlanıb-düşmür. Nə gəldi danışmır. Çox bəyənirəm İlqarə xanımı” sözləri ilə onu tərif ediblər.
İzləyicilərin böyük əksəriyyəti İlqarənin anası Aygün Kazımovaya çox bənzədiyini qeyd ediblər.