“Qırmızı kələm suyu mədə-bağırsaq traktında iltihabı aradan qaldırır”
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, bunu endokrinoloq Zuhra Pavlova deyib.
“Bundan əlavə, təzə qırmızı kələm suyu qoruyucu funksiyanı yerinə yetirir: toksinlərin, qida antigenlərinin və mikroorqanizmlərin bədənə udulmasını azaldır. Qırmızı kələm yemək mədə-bağırsaq xəstəliklərinin qarşısını alır”, – deyə həkim bildirib.
Sonda həkim qeyd edib ki, istənilən rəngdə olan kələm sağlamdır, çünki tərkibində bitki lifi və fol turşusu var.
Medianews.az