“Yerkökü, şüyüd və keşniş xərçəng riskini azalda bilər”
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, bioloq-genetik, klinik psixoloq, diyetoloq İrina Maltseva bildirib ki, bəzi məhsullar xərçəngin inkişaf riskini azaltmaqla yanaşı, onların müalicəsinə də töhfə verə bilər.
Onun sözlərinə görə, süni intellekt üzüm, yerkökü, kərəviz, yaşıl çay, portağal, brokoli, şüyüd, cəfəri, keşniş kimi qidaları xərçəngin müalicəsi üçün nəzərdə tutulan bəzi dərmanlarla müqayisə edib.
“Məlum olub ki, onlar müqayisə edilə bilən təsir göstərə bilər” bioloq deyib.
O izah edib ki, tərkibində fitonutrientlər palitrası olan tərəvəz, meyvə və giləmeyvə iltihabı azalda bilər.
Medianews.az