Bakı Fransız Liseyi fəaliyyətini dayandırır.
Medianews.az Qafqazinfo-ya istinad edərək xəbər verir ki, bu barədə liseydə təhsil alan şagirdlərin valideynləri sosial şəbəkədə yazımışdırlar.
Məktəb administrasiyasından bildirilib ki, yayılmış məlumatlar həqiqəti əks etdirir. Qeyd edilib ki, kommersiya səbəblərindən liseyin yeni tədris ilindən etibarən fəaliyyətini dayandırması barədə qərar qəbul edilib.
İddia olunur ki, 10 ildir fəaliyyət göstərən təhsil kompleksinin bağlanmasına səbəb maliyyə problemləridir.
Hazırda liseydə 200 şagird təhsil alır.