Səudiyyə Ərəbistanından olan model Rumi Əl-Qahtani Malayziyadakı yarışmadan sonra “Kainat Gözəli” olmaq üçün yarışacağını açıqlayıb.
Medianews.az xəbər verir ki, “Miss Universe” məşhur modelin bu sözlərini təkzib edib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanından olan model Rumi Əl-Qahtani bu il ilk dəfə “Miss & Mrs Global Asia” gözəllik yarışmasında ölkəsini təmsil edib.
Səudiyyə Ərəbistanı tarixində ilk dəfə gözəllik yarışmasına qatılan Əl-Qahtani sosial şəbəkədəki paylaşımında “Malayziyada keçirilən “Miss Asia International 2024” müsabiqəsində iştirak etməkdən şərəf duyuram” sözlərini yazıb.
Müsabiqədə yer tuta bilməyən model daha sonra sentyabrın 28-də Meksikada keçiriləcək “Kainat gözəli”nə qatılacağını bildirib. Lakin bu açıqlamadan qısa müddət sonra “Miss Universe” rəhbərliyi model Rumi Əl-Qahtaninin iddiasının doğru olmadığını açıqlayıb.
CNN International-da yer alan xəbərə görə, Səudiyyə Ərəbistanında müsabiqədə iştirak üçün heç bir seçim prosesinin aparılmadığı və bu kimi iddiaların doğru olmadığı bildirilib.
Medianews.az