Azərbaycanda qadın anasının 100 min manat pulunu oğurlayıb qaçıb.
Medianews.az patrul.az-a istinadən xəbər verir ki, bunu ARB televiziyasında yayımlanan “Səni Axtarıram” verilişinə çıxan qadın bildirib.
Qadın bildirib ki, qızı Bahar onun kartından 100 min manat pulunu oğurlayıb: “Bahar içki düşkünü olan əri ilə birlikdə pulumu oğurlayıb, qaçıb. Mən o pulu dilənərək və xadimə işləyərək yığmışam. Bahar mənim adıma olan torpağı da satıb, pulunu götürüb”.