Türkiyənin Muğla vilayətində dəhşətli qətl hadisəsi baş verib.
Medianews.az xəbər verir ki, kişi küçənin ortasında tapança ilə vuraraq öldürdüyü arvadının meyitinin yanında dayanıb və heç kəsi yaxın buraxmayıb.
Qətli törətdiyi silah ilə intihar etməyə çalışan şəxs polis tərəfindən çətinliklə də olsa zərərsizləşdirilib.
Daha sonra həmin şəxs polis tərəfindən nəzarətə alınaraq polis bölməsinə aparılıb.
4 uşaq anası olan Neşe G.-nin cəsədi hadisə yerində aparılan müayinədən sonra Muğla Ədliyyə Tibb Təşkilatının meyitxanasına aparılıb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Medianews.az