Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad edilən Şahmar Hüseynovun yeni iş yeri bəlli olub.
Medianews.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, o, fəaliyyətini SOCAR-da davam etdirəcək.
Belə ki, Ş.Hüseynov müvafiq əmrlə SOCAR prezidenti Rövşən Nəcəfin müşaviri təyin edilib.
Qeyd edək ki, Ş.Hüseynov 2019-cu ilin dekabr ayından “Azneft”ə rəhbərlik edirdi.