“Crocus City Hall”da törədilən terror aktında yaralananların sayı 154-ə çatıb.
Medianews.az qafqazinfo.az-a istinadla xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son məlumata görə, ölənlərin sayı 3-ü uşaq olmaqla 133 nəfər, yaralananların sayı isə 154 nəfərə yüksəlib.
Belə ki, üç zərərçəkmiş artıq Moskva yaxınlığındakı xəstəxanalardan evə buraxılıb. 107 nəfərin stasionar, 44 nəfərin isə ambulator müalicədə olduğu qeyd edilir.