Rusiya prezidenti Vladimir Putin “Krokus”da baş verənləri qanlı terror aktı adlandırıb.
Medianews.az musavat.com-a istinadla xəbər verir ki, Putin “Rossiya 1” telekanalı vasitəsilə deyib ki, onlarla dinc, günahsız insan “Krokus”da terror aktının qurbanı olub. Rusiya Federasiyasının başçısı insanların həyatını xilas etmək üçün hər şeyi edən təcili yardım briqadalarına, yanğınsöndürənlərə və xilasedicilərə minnətdarlığını bildirib.
Vladimir Putin martın 24-nü milli matəm günü elan edib.
“Terrorçuların arxasında duran hər kəsi müəyyən edib cəzalandıracağıq” – deyə, dövlət başçısı bildirib