Bir uşaq anası olan 18 yaşlı Nehir adlı qadın canlı yayımda dediyi sözlər ilə hər kəsi şoka salıb.
Medianews.az xəbər verir ki, türkiyəli məşhur aparıcı Müge Anlının verilişinə çıxan gənc qadın sevgilisi ilə anasının qoşularaq qaçdığını iddia edib.
Canlı efirə zəng edən sevgilisi və anası gənc qadının iddialarını təkzib edib.
18 yaşlı gənc qız başına gələnlərlə bağlı bunları deyib: “24 yaşlı sevgilim 40 yaşlı anam Şirinlə qaçaraq məni təhqir etdi. Qaçdıqdan sonra mənə “Biz bir-birimizi sevirdik, anan mənə sənin göstərmədiyin diqqəti göstərir. Onun dırnağı belə ola bilməzsən. Anan qaçmağımızı istədi, biz indi xoşbəxtik. Allah xoşbəxtliyimizi pozmasın”,- deyə mesaj yazmışdılar”.
Medianews.az