Rusiyalı aktyor Nikita Koloqrivıy Novosibirskdə restoranda sərxoş halda dava salıb.
Medianews.az oxu.az-a istinadla xəbər verir ki, qonağı olduğu kafenin işçilərindən birini yaxınlıq etməyə razı sala bilməyən aktyor onun ayağından dişləyib, sonra da əllərini sıxmağa başlayıb.
Daha sonra sosial şəbəkələrdə “Slovo patsana. Krov na asfalte” serialının ulduzunun bir neçə dəfə kafenin qonaqları və işçiləri ilə dalaşdığı, lakin qarşısı alındığı videolar paylaşılıb. Kadrlardan birində o köynəyini çıxarır və başqa kişilərlə dava etməyə cəhd göstərir.
Sənətçinin davası ilə bağlı internetdə məlumat yayıldıqdan sonra polis araşdırmalara başlayıb. Aktyorun ictimai asayişi pozması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət də daxil olub.
Kologrivıy hotelin foyesində saxlanılaraq bölməyə aparılıb.