“Bir çox araşdırmaya görə, qəhvə yalnız dadlı səhər içkisi deyil, həm də ürək xəstəliyi, diabet və Parkinson xəstəliyi riskini azalda bilər. Bununla belə, qəhvəyə süd əlavə etmək bu içkinin faydalı xüsusiyyətlərini minimuma endirir”
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, bunu nevroloq Robert Lav deyib.
“Cəmi 100 ml qəhvənin tərkibində təxminən 214 mq polifenol, xərçəng və neyrodegenerativ xəstəliklərin inkişafının qarşısını alan antioksidant birləşmələr var. Ancaq siz qəhvəyə süd əlavə etdikdə, onun zülalları polifenollara bağlanaraq, onların udulmasını və vücudunuzun bu qidaları udmaq, onlardan faydalanmaq qabiliyyətini azaldır”, – nevroloq deyir.
Onun sözlərinə görə, qəhvədə südlü daddan imtina etmək hələ də çətindirsə, onu kokos südü və ya digər bitki südü ilə əvəz etmək lazımdır.
Robert həmçinin qeyd edir ki, qəhvənin tərkibindəki şəkər onun daha sağlam analoqu – ghee və ya steviya ilə əvəz edilə bilər.
Medianews.az