Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “İrsimiz” rubrikasının növbəti buraxılışı hazırlanıb.
Medianews.az xəbər verir ki, “Pəmbək – qədim türk irsini yaşadan oba” adlı bugünkü buraxılış Göyçə mahalının, Basarkeçər rayonunun Pəmbək kəndinin Novruz bayramı ənənələrinə həsr olunub.
Bildirilir ki, Novruz bayramı xalqımızın tarixinin ən dərin qatları ilə bağlıdır. Bu bayram Qərbi Azərbaycanın digər yerlərində olduğu kimi, Pəmbək kəndində də xüsusi statusu olan, sakinlərin böyük həvəs və coşqu ilə gözlədiyi və qeyd etdiyi bayram olub.
Sonda Pəmbək sakinlərinin Novruzun tarixi, ənənələrinin qorunub saxlanılması ilə bağlı söhbətləri, Bahar bayramını yaşadan maraqlı oyunlar və milli musiqilər nümayiş olunur.
Ümumiyyətlə, “İrsimiz” layihəsinin məqsədi Qərbi Azərbaycanın mahal və kəndlərində itməkdə olan irsimizin qorunub saxlanılması, yaşadılması və təbliği kənd sakinləri, tarixçilər, etnoloqlar, etnoqraflar, folklorşünasların dəlil və söhbətləri ilə böyük türk izlərinin araşdırılmasıdır.