Müğənni Rəqsanənin qızı Aysun ana olmağa hazırlaşır.
Bu barədə Medianews.az-a Aysun Ismayılova özü məlumat verib.
Bir müddət öncə birinci həyat yoldaşından qalmaqallı şəkildə ayrılan Aysun tez bir zamanda ikinci dəfə ailə qurub. Aradan çox keçməmiş ikinci dəfə evlənib. “Çox xoşbəxtəm!” deyən Aysunun saytımızıa açqılamasında bildirib ki, o, iki aylıq hamilədir. Aysun Ismayılova onu da qeyd edib ki, övladının cinsiyyəti onun üçün heç bir önəm daşımır.
“Əsas əli-ayağı düz olsun”,-deyə Aysun Ismayılova bildirib.
Xatırladaq ki, Aysunun ikinci dəfə evləndiyi şəxs tanınmış vəkil Ramin Vəliyevdir.
Medianews.az