Rusiyada bir qadın rəfiqəsini xilas etmək üçün oğluna böhtan atıb.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, qadın oğluna atdığı böhtana görə təqsirli bilinir.
Pul oğurlamaqda təqsirləndirilən rəfiqəsinin məhkəməsində şahid qismində iştirak edən 46 yaşlı qadın bildirib ki, cinayəti bu şəxs deyil, onun oğlu törədib. Halbuki, xanıma yalan ifadə verməyə görə məsuliyyətlə bağlı xəbərdarlıq edilmişdir.
“Cəza təyin edərkən məhkəmə təqsiri etiraf etməyi, törətdiyi cinayətə görə peşmanlığı, sağlamlıq vəziyyətini və şəxsi xüsusiyyətlərini nəzərə aldı”, Kareliya məhkəmələrinin birgə mətbuat xidməti bildirib.
Qadın etdiyi hiyləyə görə bir il həbs cəzasına məhkum edilib.
Medianews.az