Bazar ertəsi, 15 Aprel 2024

“Fənərbağça”nın skautları “Qarabağ”ın ulduzu üçün BAKIDA – FOTO

Türkiyənin “Fənərbağça” klubunun skautları “Qarabağ”ın futbolçusu Olavio Juninyonun oyununu izləmək üçün Bakıda olub.

Medianews.az xəbər verir ki, bu barədə BAKU.WS məlumat yayıb. 

Qeyd olunub ki, onlar Tofiq Bəhramov adına Respublika Stadionunda  “Qarabağ” – “Braqa” matçını izləyiblər.

Məlumata görə, Türkiyə klubunun 27 yaşlı braziliyalı forvard barədə araşdırmaları davam etdirəcək.

Qeyd edək ki, Juninyo 2023-cü ilin yayında “Qarabağ”a keçib.

Onun 20 matça 14 qolu 2 asisti var. Hazırda oyunçu Avropa klublarının da maraq dairəsindədir.

DAHA ÇOX OXU

Xəbər lenti