Türkiyənin Mersin şəhərində 3 yaşlı qızına spirtli içki içirən ana həbs edilib.
Medianews.az xəbər verir ki, sosial şəbəkələrdə ananın azyaşlı övladına spirtli içki içirtdiyi görüntülər yayılıb.
Sözügedən hadisə ilə bağlı İstanbul prokurorluğu araşdırmalara başlayıb. Araşdırmalar zamanı məlum olub ki, qadın azyaşlı qızına spirtli içki içirməklə yanaşı onu vəhşicəsinə döyüb.
Nəticədə azyaşlı uşağın anası Ç.M.Ö. adlı qadın saxlanıb. Qadın azyaşlı uşağına qarşı etdiyi hərəkətə və ona qarşı tətbiq etdiyi şiddətə görə həbs edilib. Daha sonra 3 yaşlı uşaq sığınacağa verilib.
Medianews.az