Hazırda bolqar dələduzlarının hədəfindəyəm. Bu dələduzluq növü ilə çox azərbaycanlı kişini şantaj edib, pulunu alıblar”.
Medianews.az Sfera.az-a istinadən xəbər verir ki, bu barədə texnobloger Fərid Pərdəşünaş öz sosial media hesabında paylaşım edib. Onun sözlərinə görə, bolqar dələduzluğu kişilərlə görüntülü danışıb, onların intim görüntülərini çəkərək, kiber şantaj üsulu ilə pul almaqdır:
“Bu dələduzluq növündə türk xanımlardan istifadə edilir. Gördüyünüz ekran çəkimində isə daş qayaya rast gəlib. Sabah görüntülü danışıb, bu dələduzu ifşa edəcəm. Çoxdandır bu məqamı gözləyirdim”.