Birobidjanda (Yəhudi Muxtar Vilayəti) yaşayış binasında baş verən yanğın nəticəsində 4 nəfər həyatını itirib.
Medianews.az xəbər verir ki, yanğın yanvarın 31-nə keçən gecə baş verib.
Yanğın tez bir zamanda binanı bürüyüb. Yanğın söndürüldükdən sonra hadisə yerindən 3 qadın və bir uşağın meyiti tapılıb.
İlkin versiyaya görə, yanğın soba ilə işləyərkən yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yanğınla ehtiyatsız davranma səbəbindən baş verə bilər.