Cümə, 19 İyul 2024

ABŞ-də Texas böhranın səbəbi nədir? – Qubernator buna görə Baydenə qulaq asmır – FOTO

ABŞ hökuməti ilə Texas ştatı arasında sərhəd təhlükəsizliyi ilə bağlı yurisdiksiya mübahisəsi davam edir. 

BAKU.WS xəbər verir ki, hazırda Texas ştatı Meksika sərhədində quraşdırdığı tikanlı məftilləri gücləndirməyə qərar verib.

Qeyd edək ki, miqrantlar iki ölkə arasında sərhədi təşkil edən Rio Qrande çayı vasitəsilə qeyri-leqal şəkildə Texas ərazisinə daxil olurlar. Onlar üçün Texasın Eagle Pass sərhəd qapısına çəkilmiş tikanlı məftilləri aşmaq elə də çətin olmur.

Texasın qubernatoru Qreq Abbot hesab edir ki, Co Bayden administrasiyası sərhəd təhlükəsizliyi ilə bağlı kifayət qədər tədbir görmür. Buna görə, qubernator qeyri-qanuni mühacirlərin ABŞ-a keçmək üçün üstünlük verdiyi Eagle Pass bölgəsindəki sərhədə təxminən 4 kilometr tikanlı məftil çəkilməsi barədə göstəriş verib.

Bundan sonra Bayden administrasiyası sərhəd təhlükəsizliyinin federal hökumətin səlahiyyətində olduğunu açıqlayıb və tikanlı məftillərin çıxarılması üçün ABŞ Ali Məhkəməsinə müraciət edib. Ali Məhkəmə Meksika sərhədində Rio Qrande çayı boyunca tikanlı məftillərin çıxarılmasına qərar verib, lakin Texas qubernatorunun bu qərara əməl etməyəcəyini açıqlamasından sonra Bayden hökuməti ilə mübahisə daha da böyüyüb.

Məhkəmə qərarına baxmayaraq, Texas Milli Qvardiyası yanvarın 23-dən ABŞ sərhəd patrulunun öz işini görməsinə icazə vermir və tikanlı məftillər çəkməyə davam edir.

 

 

 

 

 

 

 

 

DAHA ÇOX OXU

Xəbər lenti