Çərşənbə axşamı, 16 İyul 2024

“Qalatasaray”dan yeni “transfer bombası” – FOTO

“Qalatasaray” klubu ötən il olduğu kimi bu il də ulduz futbolçunu heyətinə qatmaq istəyir. 

BAKU.WS xəbər verir ki, “CimBom” Səudiyyə Ərəbistanını tərk etməkdə qərarlı olan Kərim Benzemanı İstanbula gətirmək istəyir.

“Sarı-qırmızılar”ın vitse prezidenti Erden Timur fransız futbolçu ilə müqavilə imzalamaq üçün “Əl-İttihad”la ilk əlaqəni qurmağa hazırlaşır.

Benzemanı mövsümün sonuna qədər icarəyə götürmək istəyən “CimBom”, futbolçu ilə uyğun şərtlər altında müqavilə bağlamaq istəyir.

Qeyd edək ki, “Real Madrid”dən sonra “Əl-İttihad”a transfer olunan Kərim Benzema klubda 12 qol vurub, 5 məhsuldar ötürmə edib.

 

 

DAHA ÇOX OXU

Xəbər lenti