İstanbulda eyni mənzildə yaşayan iki özbəkistanlı qadın bir kişi tərəfindən çoxsaylı bıçaq xəsarətləri alıb.
Medianews.az xəbər verir ki, qadınlardan biri ağır yaralanıb, digərinin isə xəstəxanada öldüyü məlum olub.
Hücum edən şəxs polis tərəfindən saxlanılıb.
Bazar günü səhər saatlarında İstanbulda 4 mərtəbəli yaşayış binasının birinci mərtəbəsində baş verən hadisədə kirayə qaldıqları mənzildə rəfiqəsi ilə qaldığı iddia edilən Özbəkistan əsilli Şahnoza Kurbonova evə gələn bir kişi ilə mübahisə etməyə başlayıb. Mübahisə zamanı şübhəli şəxs hər iki qadına bıçaqla çoxsaylı zərbələr vuraraq evdən qaçıb.
Xəbərdarlıqdan sonra hadisə yerinə gələn təcili yardım yaralı qadınları ilk tibbi yardımdan sonra xəstəxanaya aparıb. Ağır xəsarət alan R.Kurbonova xəstəxanada dünyasını dəyişib. Digər yaralı qadının müalicəsi davam edir.
Medianews.az