Elm və təhsil nazirinin müvafiq əmri ilə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, texnika elmləri doktoru, professor Əminağa Sadıqov Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini vəzifəsinə təyin olunub.
Medianews.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Qeyd edək ki, Əminağa Sadıqov bu təyinatadək Elm və Təhsil Nazirliyinin tabeliyində olan İdarəetmə Sistemləri İnstitutunun icraçı direktoru vəzifəsində çalışıb.