Amerikalı pop müğənnisi Maykl Ceksonun qardaşı, müğənni və The Jackson 5 qrupunun üzvü Cermeyn Cekson təcavüzdə ittiham olunub.
Medianews.az xəbər verir ki, Rita Barret adlı qadın bildirib ki, 1988-ci ildə sənətçi onun evinə gəlib, ona qarşı zor tətbiq edib və cinsi təcavüz edib.
Zərərçəkmiş olduğu iddia edilən şəxsin sözlərinə görə, o, həmin an Allaha dua edib və həyatı üçün qorxub. Cekson cinayəti törədəndə onun evini tərk edib.
Barret əlavə edib ki, hadisəni əri ilə mehriban münasibətdə olan və Ceksonlarla əməkdaşlıq edən Motown Records leyblinin qurucusu Berri Qordiyə danışıb. Qordi iddia edilən qurbanı müdafiə etmədi və işi susdurmaq üçün hər şeyi etməyə çalışıb.