Kareliya Respublikiasının dəmiryolunda terror aktı hazırlanırdı.
Medianews.az xəbər verir ki, bu barədə FSB-nin Kareliya İdarəsi məlumat yayıb.
İdarədən verilən məlumata görə, terror aktı hazırlandığını bilən, lakin bu barədə heç yerə məlumat verməyən 32 yaşlı kişi saxlanılıb.
“Şübhəli şəxs yuxarıdakı cinayətin törədildiyini etibarlı şəkildə bildiyi üçün bu barədə səlahiyyətli orqanlara məlumat verməyib”, – FSB bildirir.
Həmin şəxsə qarşı “Cinayət haqqında məlumat verməmə” maddəsi ilə cinayət işi açılıb. İşin başqa təfərrüatları açıqlanmayıb.