“50 yaşdan yuxarı insanlar həftədə bir dəfə mal əti yeməlidirlər”
Medianews.az xəbər verir ki, bunu diyetoloq Elena Solomatina deyib.
Solomatinanın sözlərinə görə, yaşlı insanlar mal ətinin pəhriz məhsulu olmasına baxmayaraq ondan sui-istifadə etməməlidirlər.
“50 yaşdan yuxarı insanlara bağırsaq problemləri və bədxassəli şişlərin əmələ gəlməsinə meyli varsa, mal əti yeməməyi tövsiyə edirəm”, o deyib.
Onun sözlərinə görə, 50 ildən sonra həftədə bir dəfə qırmızı ət yemək kifayətdir, gənclər üçün bu normanı həftədə üç dəfəyə qədər artırmağa icazə var.
O, həmçinin sidik turşusu, böyrək daşları və diaqnozu qoyulmuş podaqra problemi olanlar üçün mal ətindən ehtiyatla istifadə etməyi tövsiyə edir.