Şokoladın ən mühüm xammalı olan kakaonun qiymətləri son 45 ilin ən yüksək həddinə çatıb. Qiymət artımı piştaxtalardakı qəlyanaltı məhsullarında da özünü göstərəcək.
Publika.az xəbər verir ki, kakaonun qiyməti tədarük çatışmazlığı səbəbindən 1978-ci ildən bəri ən yüksək həddə çatıb.
Şokoladın əsas tərkib hissəsi olan kakaonun metrik ton qiyməti Nyu-York birjasında 4 min dolları ötüb.
Qiymətlərin artmasına səbəb olan amillərdən biri də ən böyük kakao istehsalçıları olan Qana və Fil Dişi Sahilində pis hava şəraitidir. Pis hava şəraiti ilə əlaqədar məhsul yığımına gec başlansa da, kakaoda tədarük çatışmazlığı ilə bağlı narahatlıqlar da yaranıb.
Bu il yüzdə 40 dəyər qazanan kakao hələ 1977-ci ildəki 5 min 379 dollar səviyyəsinə çatmasa da, təklif tərəfindəki mənfi vəziyyətin bir müddət daha kakaonun qiymətlərinə təsir edəcəyi gözlənilir.