Rusiyanın xarici işlər naziri Sergey Lavrov Fələstin dövlətinin yaradılması məsələsinə qayıtmağa çağırıb.
Medianews.az xəbər verir ki, onun sözlərini RİA Novosti sitat gətirib.
“Bir daha qeyd etmək istəyirəm ki, nəinki strateji xarakterli məsələləri nəzərdən qaçırmamaq, onların həlli üçün şərait yaratmağa indidən başlamaq lazımdır. Mən ilk növbədə sülh prosesinin yenidən başlanmasına hazırlığı nəzərdə tuturam”, – deyə Lavrov bildirib.