İstanbulda diş klinikasına gedən Okan Kocaöz adlı şəxs iynə vurulduqdan sonra dodağı keyləşdikdən sonra “Dodağıma nə etdin?” deyərək həkimə hücum edib.
Medianews.az xəbər verir ki, həmin şəxs həkimə hücum edərək klinikanı bir-birinə qatıb.
Sözügedən hadisənin anları təhlükəsizlik kamerası tərəfindən lentə alınıb.
Polis hazırda həmin şəxs hər yerdə axtarır.
Medianews.az