İstanbulda müxtəlif tarixlərdə 14 iş yerindən oğurluq edən şübhəli şəxs növbəti oğurluğu etdiyi zaman təhlükəsizlik kameralarına tuş gəlib.
Medianews.az xəbər verir ki, fərqli cinayətləri olduğu aşkar edilən şəxs saxlanılıb.
Oğurluq anları təhlükəsizlik kamerasına düşüb.
Oğurluq edən şəxsin yaşadığı ünvanda aparılan axtarışlar zamanı 1 ədəd sənədsiz tapanca və 2 ədəd patron, 1 ədəd sənədsiz ov tüfəngi və 6 ədəd patron, 1 ədəd dönər bıçağı, 2 ədəd televizor, 2 ədəd noutbuk, 2 ədəd planşet, 1 ədəd bibər qazı, 1 ədəd fənər aşkar edilərək götürülüb.
Medianews.az