Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII Qrant müsabiqənin qalibi olan “Sözlərinlə əsər yarat” layihəsinin təqdimatı keçirilib.
Təqdimatda Qazax-Tovuz Regional Təhsil İdarəsinin Şəmkir rayon Təhsil Sektorunun rəhbərliyi, ümumi təhsil məktəblərinin direktorları və müəllimlər iştirak edib. Təqdimat Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanılıb, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Layihə rəhbəri Arifə Məmmədova iştirakçılara layihə haqqında ətraflı məlumat vermiş, sonra istedadlı şagirdlər tərəfindən ifalar təqdim edilib.