Filmlərə mövzu olacaq bu hadisə Türkiyənin paytaxtı Ankarada gerçəkləşib.
Medianews.az xəbər verir ki, Ankaradan Batmana gedən sərnişinlərin Amsterdam reysi ilə uçması çaşqınlıq yaradıb.
Təyyarənin içindəki vəziyyəti görən ekipaj üzvləri sərnişinlərə xəbərdarlıq etməli olublar.
“Batmana səyahət edən sərnişinlər dərhal kabin heyətinə məlumat versinlər”,-deyə ekipaj üzvləri anons veriblər. Sözügedən maraqlı hadisə təyyarədəki sərnişinlər tərəfindən də lentə alınıb.
Qeyd edək ki, bu hadisə sosial mediada da geniş müzakirələrə səbəb olub. Sosial media istifadəçiləri sözügedən hadisənin “Recep İvedik 6” filmindəki səhnə ilə bənzər olduğunu bildiriblər. Belə ki, filmdə Recep Konya yerinə Keniyaya gedir. Bu hadisəni eyni ilə həmin filmdəki səhnə ilə bənzər olduğunu bildirən sosial media istifadəçiləri gülüşə səbəb olub.