Rusiyanın Tver şəhərində kişi taş olduğu tanış olduğu qıza intim fotosunu göndərərək müəyyən məbləğdə pul itirib.
Medianews.az xəbər verir ki, kişi qadının şəxsiyyətini müəyyən etmək üçün polisə müraciət edib.
Onun sözlərinə görə, internetdə bir qızla tanış olub və yazışmalar zamanı ona intim fotosunu göndərib.
Bir neçə saatdan sonra “Saşa” adlı naməlum şəxs şəkli yaymladığı üçün kişidən pul tələb edib. Kişi qorxub və yad adama 6 min rubl köçürüb.
Bundan o dərhal polisə müraciət edib.
Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 163-cü maddəsinin 1-ci hissəsi “hədə-qorxu ilə tələb etmə” ilə cinayət işi başlanıb.
Şübhəlini 4 ilə qədər həbs gözləyir.